Siyasət
Qarabağ münaqişəsinin nizamlanması məsələsində Livanın yanaşması yalnız sülh yolu ilə həllidir: E. Nalbandyan

Erməni tərəfi Qarabağ məsələsinin nizamlanması mövzusunda Livan Respublikasının mövqeyini alqışlayır. Bunu jurnalistlərlə görüşdə ER Xİ naziri Edvard Nalbandyan bildirib.
“Bu mövqe ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini və yanaşmalarını dəstəkləyir, Minsk Qrupu həmsədrlərinin yanaşmaları isə aydındır”,-deyə Xİ naziri qeyd etdi.
Nalbandyanın sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması məsələsində Livanın yanaşması yalnız sülh yolu ilə həlli və Minsk Qrupu həmsədrləri tərəfindən edilən təkliflərin əsasındadır.







