Eduard Nalbandyan Azərbaycanda nəzərdə tutulan hərbi təlimləri “siyasi hiylə” adlandırıb

Azərbaycanda geniş miqyaslı hərbi təlimlərdən Azərbaycan prezidentinin bəyanatlarınadək ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər qarşısında götürdüyü öhdəliklərə ziddir. Bunu “NEWS.am”-ə müsahibədə ER Parlamentinin vitse-prezidenti Eduard Şarmazanov Azərbaycanda martın 12-dən 17-dək keçiriləcək hərbi təlimlərə toxunurkən bildirib.
Onun sözlərinə görə, ATƏT-in üzvü olan Bakı bu barədə təşkilatın üzv dövlətlərinə xəbərdarlıq etməli idi. “Azərbaycan bunu etmədi və bütün beynəlxalq razılaşmaları və beynəlxalq hüquqi normları pozdu”,-deyə Şarmazanov qeyd etdi. Şarmazanovun sözlərinə görə, indi Azərbaycanda əsas ideologiya həmişə həmin ölkənin siyasi rəhbərliyi və elitası tərəfindən irəli sürülmüş anti-erməni əhvallarıdır.
“Anti-erməni əhvalları super-vətənpərvərlik deyil, süper millətçilikdir. Bu addımla İlham Əliyev bir daha ölkəsində yaşanan problemləri gizlətmək istəyir. Azərbaycan demokratiyadan minlərlə kilometr uzaqlıqda və insan hüquqlarının qorunmasından da on min kilometr uzaqlıqdadır”,-deyə ER Parlamentinin vitse-prezidenti bildirib. Eyni zamanda o əlavə etdi ki, Azərbaycan hakimiyyəti seçicilərin diqqətini problemlərdən yayındırmağa və Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına yönəndirməyə çalışır. Bu fəaliyyətləri Şarmazanov “seçki öncə hiylə” adlandırıb.







