Ermənistanda RF bazasının kəşfiyyatçılarının təlimləri keçirilir
Ermənistanda yerləşdirilmiş RF hərbi bazasının kəşfiyyatçıları “Pambak” poliqonunda stratejik təlimləri keçirirlər. “Kamaxud”-da isə, rus hərbi bazasının rabitəçiləri təlim keçirirlər. Bu haqda martın 22-də Razm.info-ya RF SQ-nin Cənubi Hərbi okruqunun mətbuat xidmətindən məlumat verilib.
Kəşfiyyatçıların təlimlərinə 300-dən çox hərbçi, 50 ədəd xüsusi hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatlar daxildir. Hərbçilər dağ maneələrini aşmalıdırlar.
Təlimatçılar kəşfiyyatçılara dağ tırmanışı, dərələr və su maneələrinin açması öyrədirlər. Hərbçilər həmçinin ilk yardım təlimləri keçirirlər.
Hərbi okruqunun rabitəçiləri də “Kamaxud” poliqonunda təlimlərə hazırlaşırlar. Rabitəçilər poliqona çatmak üçün 30 km yürüş keçirəcəklər.
Təlimlərə rabitənin 50-dən çox vasitəsi, o cümlədən komanda heyətinin maşınları, müxtəlif güclü radio stansiyaları, telekonferans və peyk stansiyaları, həmçinin PUA-lar cəlb edildi. Pilotsuzlar məlumatların tərcüməsini həyata keçirir. Məlumata görə, bunlar məlumatı 150 km uzaqlıqda belə köçürürlər.
Təlimlərdə 200-dən çox rabitəçi iştirak edir.