Bu il Ermənistan üçün çox önəmli olacaq: Lüksemburq xarici işlər naziri

ER Xİ naziri Edvard Nalbandyan rəsmi səfəri ilə Ermənistanda olan Lüksemburq xarici işlər və Avropa məsələləri üzrə naziri Jan Askelborni qəbul etdi.
Aİ-nin qurucu-üzvü Lüksemburq Xİ naziri ilə ER-Aİ əməkdaşlığına dair məsələlər müzakirə edildi. Bu haqda jurnalistlərlə görüşdə ER Xİ naziri Edvard Nalbandyan qeyd etdi.
“Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmanın verdiyi imkanlarına toxunduq”,-deyə nazir frankofoniya beynəlxalq təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
“Bu il Ermənistan üçün çox önəmli olacaq”,-deyə Lüksemburq naziri qeyd edib ki, paytaxt Yerevanın 2800-cü il dönümü, Birinci Respublika müstəqillyinin 100-cü il dönümüdür və Ermənistanda Frankofoniya beynəlxalq təşkilatının 17-ci zirvəsi keçiriləcəkdir.







