İctimaiyyət

Aksiyada Tural Sadıqlıya hücum edildiyi bildirilir

Aprelin 11-də Azərbaycanın Almaniyadakı səfirliyi önündə keçirilən aksiyada 3 nəfər mühacir Tural Sadıqlıya hücum edib. Bu barədə “Meydan.tv” saytı bildirir.

Aksiya iştirakçılarının sözlərinə görə, toplantı bitən ərəfədə həmin şəxslər əllərində bıçaqla Tural Sadıqlıya hücum edərkən ətrafdakı polislər tərəfindən saxlanılıblar.

Meydan TV-yə danışan Tural Sadıqlı hər üç şəxsin Gürcüstan vətəndaşı olduqlarını deyib:

“Amma hər üçün azərbaycanca danışırdı, onlardan biri, Timur Qumbayevin sənədinin şəklini çəkə bildik”.
Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının ailəsi uzun müddətdir təzyiqə məruz qaldığını deyir.

Onun qardaşı Elgiz Sadıqlı 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) cinayət işi açılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Ancaq Apelyasiya Məhkəməsi E.Sadıqlı haqda 2 il şərti cəza qərarı çıxartmaqla onu məhkəmə zalından azad edib.

Elgiz Sadıqlı fevralın 23-də yenidən saxlanılaraq 1 ay inzibati cəza alıb.

Daha çox göstər
Back to top button