İctimaiyyət
Azərbaycanda kapital qoyuluşu azalıb

2018-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 953.6 milyon manat vəsait yönəldilib.
Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinin (DSK) sentyabrın 13-də yaydığı məlumatda yazılır.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12.8 faiz azdır.
Komitə bunu neft sektoruna yatırılmış investisiyaların azalması ilə izah edir.
Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcminin isə 22.7 faiz artdığı vurğulanır.
Məlumata görə, ümumi sərmayənin 69.2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Komitə bəyan edib ki, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59.4 faizini təşkil edib.







