İctimaiyyət
Şəkidə ağac aşması nəticəsində yaralananlardan biri vəfat edib

Şəki Xan Sarayında baş vermiş hadisə zamanı yaralananlardan biri – Xatirə Ağamalıyeva vəfat edib. Faktı Azərbaycan Səhiyyə Nazirliyi təsdiqləyib.
Bildirilir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasının həkimlərin səyinə baxmayaraq, 32 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, iyulun 14-də saat 11 radələrində Şəki rayonunda Xan Sarayının yanındakı 500 yaşı olduğu deyilən Şərq çinarı ağacının bir qolu qırılaraq aşıb. Nəticədə 19 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların əksəriyyəti tusitlərdir.







