
Ermənistan, Qarabağ münaqişəsinin həllini yalnız ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində və beynəlxalq hüquq prinsipləri əsasında görür. Bu haqda ER Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan bəyan edib. “Həll prosesinə dair prinsipial mövqeyimiz və yanaşmamız Hökümət sənədində açıqdır. Orada bütün elementlərin sabit olduğu bildirilir. Bizim bütün bəyanatlarımız həmin elementlərin əhatə dairəsinə əsaslanır.O da əsas məsələnin ATƏT MQ həmsədrliyi çərçivəsində və beynəlxalq hüquq prinsipləri, xüsusən də xalqlar bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi çərçivəsindədir.Bizim üçün önəmli olan Artsaxın təhlükəsizliyi və statusu və münaqişənin əsas tərəfi kimi olduğunu dəfələrlə bildirmişik , Artsaxın davamlı eyni zamanda həqiqi sülh yolu ilə həllində qətiyyətli səsə sahib olması lazımdır” –deyərək Nağdalyan qeyd edib.Mətbuat katibi qeyd edib ki, Azərbaycan tərəfindən ermənilərə nifrətçilik və ön xətdə vəziyyəti gərgin saxlamaq amilində paralel olaraq səmərəli danışıqlar aparmaq mümkünsüzdür.







