BaşlıcaEkonomika

İT sahəsində bir sıra nüfuzlu şəxslər “WCIT 2019”-da öz iştirakını təqdim edib

İnformsiya Texnologiyaları sahəsinin  bir sıra   liderləri və nüfuzlu şəxsləri “WCIT 2019” İT 23-cü  dünya konfransında  əsas spiker olaraq  öz iştirakını təqdim edib. Jurnalistlərlə söhbət zamanı bu barədə  Aparıcı texnologiyalar müəssisələri birliyinin sədri, konfransın təşkilçisi Aleksandr Yesayan bildirib.

“Ümumiyyətlə 59 təsdiq edilmiş spiker  var və onların sayı artmaqdadır.

Yüksək-yenilikçi  proqram təminatı “İnfosys” şirkətinin təsisçisi Narayan Mrtin, sahibkar, kompüter qrafikası və süni intelekt texnologiyaların;ն aparıcı “NVIDIA” şirkətinin  təsisçisi Consen Huanq, “VaynerX”-in sədri, “Twitter”, “Tumblr”, “Venmo”, “Uber” şirkətlərinin  investorlarından, sahibkar Geri Vaynerçuk, kompüter  texnikası və elektronika istehsalçısı ”Acer”    şirkətinin təsisçisi Sten Şin və təyyarələrin GPS naviqasiya  sistemlərinin istehsalında  lider olan  “Garmin” korporasiyasının həmtəsisçisi və icraçı sədri Min Kaon konfransın əsas spikerlərindəndir”- deyə Yesayan deyib.

Yeni məruzəçilərin adları həftədə bir dəfə təqdim ediləcək.

“WCIT 2019”-un rəmzi  “Mərkəzsizləşdirmə gücü. Gözləmə və təhlükə”-dir.

Daha çox göstər
Back to top button