ArtsaxBaşlıcaSiyasət

RyanAir yaxın gələcəkdə Ermənistanın hava bazarına girmək niyyətindədir

ER Baş naziri Nikol Paşinyan İrlandiyanın «RyanAir» baş  avio şikətinin komersion  rəhbəri  Deyvid Obraynı və istiqamətlərin inkişaf xətti üzrə rəhbəri  Keyt şeri  qəbul edib.

ER Baş nazirinin  iş heyətindən verilən məlumata görə,Baş nazir qeyd edib ki, sektorun inkişaf üçün böyük potensialı var və bu baxımdan mülki aviasiyanın inkişafı vacib addımdır. Baş nazir qeyd edib ki, Ermənistan hökuməti turizmi önəmli elan edib, Nikol Paşinyanın sözlərinə görə, icraçı aparıcı şirkətlərin Ermənistan aviasiya bazarına cəlb olunmasına əhəmiyyət verir və RyanAir şirkətinin nümayəndələri ilə görüş əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı bir fürsətdir.

RyanAir şirkətinin baş ticarət direktoru şirkətin yaxın gələcəkdə Ermənistan hava bazarına girmək niyyətində olduğunu qeyd etdi və hazırda Mülki Aviasiya Komitəsi və Zvartnots Hava Limanı ilə müzakirələr aparır. O, Ermənistandan uçuşların yeni istiqamətləri, tarif siyasəti və digər məsələlər barədə danışaraq ölkəmizdə fəaliyyət göstərmə vizyonunu təqdim etdi.

Daha çox göstər
Back to top button