BaşlıcaEkonomika

Nikol Paşinyan “Armenia Expo-2019”-da iştirak edib

Sentyabrın 12-də Yerevanda ER Baş naziri Nikol Paşinyanın iştirakı ilə “Armenia Expo -2019” 19-cu regional ticarət və sənaye sərgisi açılıb.

Baş nazir demək olar ki, bütün pavilyonları gəzmiş və nümayiş olunan məhsullarla tanış olmuşdur.

ER  İstehsalçılar və İş adamları birliyinin sədri Arsen Ğazaryan sərgidə 2018-ci ilə nisbətən daha 40 iştirakçının əlavə  olduğunu qeyd etdi.

“Keçən il, inqilabdan sonra 110 nəfər bu tədbirdə iştirak etmişdir. Bu gün isə  7 ölkədən – Rusiya, Belarusiya, Hindistan, Çin, İtaliya və digər ölkələrdən 150 iştirakçı var. Bütün bunlar isə iqtisadi inqilab prosesinin başladığını sübut edir” –deyərək Ğazaryan qeyd etdi.

 O, qeyd edib ki, sərgidə həm yerli istehsalçılar, həm də iqtisadiyyatın bütün sahələrindən idxal edənlər iştirak edir.

Daha çox göstər
Back to top button