
Nyu Yorkda işgüzar səfəri çərçivələrində Baş nazir Nikol Paşinyan BMT-nin Mərkəzi qərargahında BMT-nin Baş Assambleyasının 74-cü sessiyasında çıxış edib.Regional məsələlərə toxunan Nikol Paşinyan deyib: “Qonşularla və strateji tərəfdaşlarımız arasındakı fərqli gərginlik bizi olduqca namünasib vəziyyətə salır. Rusiya bizim əsas strateji həmkarımız və müttəfiqimizdir. Gürcüstan və İran bizim strateji qonşularımızdır. ABŞ, Avropa Birliyi və sonuncuya üzv ölkələrlə strateji gündəliyimiz və tərəfdaşlıq münasibətlərimiz var. Tərəfdaşlarımız arasında fikir ayrılığı tələsinə düşmək bizim üçün ciddi bir problemdir. Biz hamı üçün etibarlı tərəfdaş və yaxşı dost olmaq üçün, hər hansısa birinə münasibətlərimizlə xələl toxundurmamaq üçün hər şey edirik. Və bölgəmizin geosiyasi mühitinin daha etibarlı olması üçün səylər göstərməyə davam edəcəyik”.







