
Ermənistana gəlmiş qonaqların səviyyəsi və sayı Ermənistanın yeni hakimiyyətinin və şəxsən baş nazir Nikol Paşinyanın nəinki AİB çərçivəsində, həm də xaricdə olan nüfuzunu göstərir. Bu barədə “Armepres” ilə söhbət zamanı ER baş nazirinin spikeri Vladimir Karapetyan Yerevanda oktyabrın 1-də başlanacaq AİB Ali iqtisadi şurasının iclasına toxunaraq deyib.
“AİB sammiti çərçivəsində keçiriləcək ikitərəfli danışıqlar Ermənistanın İran, Singapur, Moldova, AİB-a üzv bütün ölkələrlə münasibətlərini yeni səviyyəyə qaldırmağa imkan verəcək. Ölkəmiz qurumun nüfuzunun artırılması və beynəlxalq tanınmasının genişləndirilməsi üçün güclü potensialını və böyük siyasi iradəsini nümayiş etdirərək, öz sədrliyini ən yüksək səviyyəydə keçirir. Ermənistanın iştirakı ilə istənilən beynəlxalq təşkilatın gücləndirilməsi bizim maraqlarımıza uyğundur və bu istiqamətdə işimizi davam etdirəcəyik”- deyə, o qeyd edib.







