ArtsaxSiyasət

Zatulin: “Dağlıq Qarabağın Azərbaycana qayıtması ilə bağlı heç bir perspektiv görmürəm”

Son günlərdə Stepanakertdə “Ədalət və sülh naminə əməkdaşlıq” və ya “Artsaxın dostları” beynəlxalq konfransı keçirilib. Konfransda 30 ölkədən 150 qonaq iştirak edib.  Tədbirdə Rusiya Federasiyasının Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini  Konstantin Zatulin da iştirak edib. Rusiyalı deputat “Rusarminfo”-ya müsahibəsində qeyd edti ki, Stepanakertə getmək dəvəti qəbul edə bilməməzdim, çünki özümü Artsax dostları kimi  hiss edirəm. Artsaxa ilk dəfə 25 il əvvəl səfər etdim.

“Mən çıxışımda o fakta diqqət yetirdim ki, Rusiyada 2 milyon erməninin yaşadığına baxmayaraq, Artsax dostları dairəsinə Rusiyada yalnız ermənilər cəlb olunmayıb. Rusiyada Artsaxı, xalqını sevən insanlar var, çünki orada insanlar öz müqəddəratını təyin etmək üçün uzun illər mübarizə aparıblar.Bu isə Sovyet Birliyinin dağıdılamsından illər əvəl başlayıb”-deyə deputat qeyd etdi.

Zatulinin sözlərinə görə, Stepanakert tribunasından Bakıya yönləndirilmiş heç bir “qanlı” açıqlamalar olmayıb, lakin buna baxmayaraq, Stepanakaertdə onun çıxışı və mövcudluğu Azərbaycanda narahatlığa səbəb oldu.

“Mən yalnız əminliyimi bildirdim ki, vicdan və ədalət xalqın öz müqəddəratını təyinetmə mübarizəsinin, Dağlıq Qarabağın tərəfdarıdır. Mən Dağlıq Qarabağın Azərbaycan tərkibinə qayıtmasına dair heç bir perspektiv görümürəm. Bunun üçün Artsaxın bütün əhalisini qətlə yetirmək lazımdır, lakin dünyanda heç kim buna icazə verməyəcək. Heç kim 20-ci əsrdə Osmanlı İmperiyasında olduğu kimi, Erməni Soyqırıma bənzər bir şeyin yenidən baş verməsinə icazə verməyəcək”- deyə Zatulin qeyd etdi.

Daha çox göstər
Back to top button