İctimaiyyət

Müsavat Partiyasının yüzdən çox fəalı polisə çağırılıb

Son üç-dörd gün ərzində Bakıda və regionlarda Müsavat Partiyasının yüzdən çox fəalı polis idarə və şöbələrinə çağırılaraq partiyanın noyabrın 12-nə təyin etdiyi aksiyada iştirak etməmələri ilə bağlı xəbərdarlıq edilib. Polis aksiyada iştirak edənlərin məsuliyyətə cəlb olunacağını bildirib.

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

“Hazırda da fəalların polisə çağırılması davam edir. Noyabrın 11-də səhər saatlarından başlayaraq onlarla fəal polisə çağırılıb. Bu saatlarda, yalnız, Mingəçevir şəhərində 6 fəal polis şöbələrindədir,” mətbuat xidmətinin rəhbəri Mustafa Hacılı Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, partiya üzvlərindən hələ məsuliyyətə cəlb edilən yoxdur.

Mustafa Hacılı noyabrın 12-də saat 15-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında piketin keçirilməsi ilə bağlı partiyanın qərarının qüvvədə olduğunu bildirib.

Daha çox göstər
Back to top button