Siyasət

ER Parlamentinin sədri Almaniya səfiri ilə görüşündə Bundestaq deputatlarının Artsaxa səfərini alqışlayıb

ER Parlamentinin sədri Ararat Mirzoyan Almaniyanın Ermənistandakı səfiri Mixayil Bantshafini qəbul etdi.

ER Parlamentindən alınan məlumata görə, Ararat Mirzoyan qeyd etdi ki, Ermənsitan və Almaniya, xüsusən iki ölkə deputatları arasında kifayət qədər ciddi və tərəfdaşlıq münasibətləri var, son vaxtlarda ən yüksək səviyyədə qarşılıqlı səfərlər isə bunun sübutudur. Parlamentinin sədri Ermənistanda demokratik islahatların davam etdirilməsinə və ümumilikdə Ermənistanın inkişafına yönəlmiş Almaniya tərəfindən maliyyələşdirilən və ya dəstəklənən müxtəlif layihələrin həyata keçirilməsini alqışlayıb.

Ararat Mirzoyan növbəti dəfə qeyd etdi ki, Ermənistan hakimiyyəti demokratik islahatlar yolunda qətiyyətlidir və bu məsələdə geri addım olmayacaq.O qeyd etdi ki, Ermənsitan qlobal təhlükəsizliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək və bu baxımdan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Almaniya ilə Ermənistan arasındakı əməkdaşlığına əhəmiyyət verib.

ER Parlamentinin sədri Buntestaqın müxtəlif deputatlarının Artsaxa səfərini alqışlayıb, bu məsələ ilə yerdə tanış olmaq üçün yaxşı fürsətdir. O vurğulayıb ki, Dağlıq Qarabağ məsələsinin həll olunmamasına baxmayaraq, Ermənistan orada yaşayan insanların hüquqlarını müdafiə etməyə davam edəcək.

Mixayel Bantshaf qeyd etdi:
“Ermənistanın qəbul etdiyi demokratik kurs və demokratik islahatlar çox yaxşıdır. Bu Ermənistanı daha çox avtoritar sistemə keçmək meylinin olduğu dünya platformasında müxtəlif ölkələrdən bir dərəcəyə qaldırır.
Ermənistan indiki dövrdə davamlı şəkildə demokratikləşən və dəstəyimizə layiq olan bir neçə nümunədən biridir”.

Daha çox göstər
Back to top button