
Keçmiş Baş Prokuror Gevorg Kostanyan 1 Mart işiylə müttəhim kimi cəlb olunub. Bu barədə “Armenpres”-ə ER Xüsusi istintaq xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib.
“Gevorg Kostanyanın müttəhim kimi cəlb olunması barədə qərar qəbul edilib və ER Cinayət Məcəlləsinin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən ittiham irəli sürmək üçün ona 48 saat ərzində prokurorluq orqanına gəlməyi təklif olunub”- deyə Marina Ohancanyan deyib.







