Siyasət

ER Prezidenti: “Mənim kiçik xristian ölkəm və BƏƏ bütün dünyada tolerantlığı yaya bilər”

Ən qədim xristian dövləti olan Ermənistan kimi kiçik ölkələr və gənc müsəlman ölkəsi olan Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı şəkildə münasibətlərin dərinləşməsi tolerantlıq ideyasını dünyada təbliğ edə bilər. Bu  haqda  ER Prezidenti Armen Sarkisyan  Əmirliklərin  mətbuat agentliyinə verdiyi müsahibəsində  qeyd edib.

“Hansısa tərzlə  biz gərək kiçik millətlər arasında daha dərin dialoq və qarşılıqlı  bağlılıq tapaq.  Bizim güclü dəyərlərimiz var və bütün dünyaya harmoniya və dostluq şəraitində yaşaya biləcəyimizi göstərə bilərik”-deyə Prezident qeyd edib.Armen Sarkisyan BƏƏ-i tərəfindən  aparılan  tolerantlıq kampaniyasını olduqca yüksək qiymətləndirib.“Mən dözümlü olmağımızın, bir-birimizin mədəniyyətinə, davranışına, dinə və dəyərlərinə hörmət etməməyimiz üçün  heç bir  səbəb görmürəm. Yalnız həyatda yaşamaqla deyil, biz birlikdə bir şey də edə bilərik”- deyərək Sarkisyan qeyd edib.Armen Sarkisyan Ermənistanın dünyanın ən qədim xristian dövləti olduğunu vurğulayıb.“Bizim dörd qonşumuz var. Onlardan  üçünün əhalisinin əksəriyyəti müsəlman dəyərləri ilə yaşayır.  Digər qonşumuz  Gürcüstan əhalisinin əksəriyyəti xristian dəyərləri ilə yaşayır”- deyərək o qeyd edib.Armen Sarkisyan BƏƏ rəhbərliyinə erməni icması və kilsəsini öz himayəsinə götürdükləri üçün təşəkkür  edib.

Daha çox göstər
Back to top button