BaşlıcaSiyasət

ER rəhbərliyi “Yerablur” Hərbi Panteonunu ziyarət edib

Ermənistan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 28-ci ildönümü münasibətilə Ermənistan Respublikasının rəhbərliyi vətənin müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsini ehtiramla yad edərək “Yerablur” Hərbi Panteonunu ziyarət edib․

ER Baş naziri Nikol Paşinyan, ER Prezidenti Armen Sarkisyan, ER Parlamentinin sədri Ararat Mirzoyan, Ikinci Garegin Katolikosu, ER Müdafiə naziri David Tonoyan, ER Baş nazirinin müavini Tiqran Avinyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və başqalar “Yerablur” Hərbi Panteonunu ziyarət edib․

Yüksək vəzifəli şəxslər Aprel müharibəsində həlak olmuş qəhrəmanların, Sparapet Vazgen Sarkisyanın, komandir Andranikin məzarlarına, Artsax müharibəsinin azadlıq döyüşçüləri və hərbçilərinin xatirəsini əbədiləşdirilən abidəsinə çiçək qoydular.

Daha çox göstər
Back to top button