Nikol Paşinyan: “Hökumət koronavirus haqqında ictimaiətdən məlumatları gizlətməsi, istisna olunur”

Ermənistan vətəndaşları yeni koronavirus haqqında məlumatları gizlətmədiklərinə əmin ola bilərlər. Hökumət koronavirus haqqında ictimaiətdən məlumatları gizlətməsi, istisna olunur. Bu haqda bu gün hökumət iclasında ER Baş naziri Nikol Paşinyan bəyan edib.
Onun sözlrincə, yeni məlumatlar ortaya çıxsa, əlbəttə ki, əvvəlcə araşdırılıb müzakirə ediləcək və məlumat təsdiqlənərsə, 1-2-3 saatdan sonra həmin məlumatlar mütləq ictimailəşdiriləcəkdir.
Baş nazirin sözlərinə görə, hazırda narahat olmağa ehtiyac yoxdur. Gürcüstanda da koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin təsirli olduğunu qeyd edərək, Ermənistanın əlindən gələni etdiyinə ümid etdiyini bildirdi.
Paşinyan eləcə də qeyd edib ki, silahlı qüvvələrdə olduqca ciddi qarşısı alınma tədbirləri keçirilir və hərbiçilərin valideynlərindən xahiş edilib ki, buna anlaşmayla yanaşılsın.
İranda olan vəziyyət barədə danışmaqla Baş nazir əmin etdi ki, koronavirusa qarşı mübarizə vasitələri təcili olaraq bəhrəsini verəcəkdir. Və Ermənistan yaxın vaxtlarda İran ilə normal münasibətlərini bərpa edəcəkdir.







