Başlıcaİctimaiyyət

Bakıda insan hüquqlarının pozulması davam edir. Polis Feminist Hərəkatının aksiyasına müdaxilə edib

Mart 8-də Feminist Hərəkatı Bakının Fəvvarələr Mərkəzindən başlayaraq “8 MARŞ – Bizimdir Hürr Küçələr” yürüşünü keçirib. Aksiyanın əsas şüarı “Şiddətə susma!” olub. Nizami küçəsində polislər aksiyaya müdaxilə edib, onların irəliməsinin qarşısı alınıb.

Polislər aksiya iştirakçılarının qaldırdılqarı plakatları alıblar. İştirakçılardan bir neçə nəfər saxlanılıb. Bununla belə aksiya müxtəlif yerlərdə davam edib.

“Turan” informasiya agentliyi xəbər verir ki, daha sonra saxlananların hamısı sərbəst buraxılıb. Amma onlar Bakıda deyil, aksiya keçirdikləri yerdən xeyli uzaqda, Qobustan çöllüyündə buraxılıblar.

Daha çox göstər
Back to top button