
Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər hansısa hiss olunacaq irəliləyiş olmayıb. Bu haqda martın 13-də jurnalistlərlə göörüşərkən siyasətçi Aleksandr Markaryan bəyan edib.
Siyasətçi qeyd edib ki, münaqişə tərəflərinin mövqeləri hələlik dəyişməz qalıb.
“Erməni tərəfi düşünür ki, Dağlıq Qarabağ xalqının müstəqillik hüququ var və Bakının fikrincəsə, Qarabağ məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi baxımından müzakirə olunmalı və nəzərə alınmalıdır “ – deyərək Markarov aydınlaşdırıb.
Onun sözlərincə tərəflər üçün danışıq prosessi məsələnin həqiqi istəyi baxımından vacibdir, çünki hər kəs Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi yolu olmadığını yaxşı başa düşür və 2016-cı ilin aprel eskalasiyası bunun əyani sübutudur.
Danışıq prosessində belə adlanan qondarma “Qarabağın azərbaycanlı icmasının” danışıqlar prosesinə cəlb etmək cəhdlərindən danışan ekspert bunun gözlənilən olduğunu qeyd etdi.
“Bu, Ermənistan tərəfinin Qarabağın danışıqlar prosesinə qaytarılması zərurəti barədə verdiyi sərt açıqlamalara Bakının cavabı olub”-deyən politoloq, erməni tərəfinin yəqin ki, buna hazır olduğunu və hər şeyi hesabladığını söylədi.







