
Hərbi ekspert Davit Harutyunov Sputnik Armeniyanın efirində 2016-cı ilin aprelində dördgünlük müharibəyə toxundu.Biz bu müharibədən hansı dərsləri dərdik və oxşar müharibənin təkrarı mümkündürmü? .
Hərbi ekspert Davit Harutyunov deyir ki, 2016-cı ildə dörd günlük müharibədən sonra Erməni tərəfi müəyyən tədbirlər gördü. Birincisi, təmas xəttində informasiya, nəzarət sistemləri, texniki və kəşfiyyat avadanlıqlarının yerləşdirilməsi, ikincisi, silahlı qüvvələrimizdə hərbi texnikanın yerləşdirilməsi vacib idi.
“Xüsusilə 2016-cı ildən sonra bəzi istiqamətlərdə Azərbaycanla Ermənistan arasındakı tarazlıq Azərbaycanın xeyrinə pozulmuşdur, buna görə də Ermənistan tərəfi bir sıra silah sistemləri əldə etmək sayyəsində tarazlığı bərpa etdi.
Bundan əlavə, erməni tərəfi də bu yaxınlarda silah yarışında asimmetrik addımlar atdı, yəni təkcə azərbaycanlılara cavab vermədi, həm də təşəbbüsslə çıxış edərək hərbi hava qüvvələrini inkişaf etdirməklə yanaşı qırıcılar əldə etdi”- deyərək ekspert Sputnik Armeniyayla söhbətində bildirib.
Harutyunovun sözlərinə görə, nəticələrdən biri budur ki, Azərbaycan tərəfi təxribat infiltrasiyasının effektivliyinin kəskin dərəcədə azaldığını dərk etdi.Onun sözlərinə görə,faktorlardan biri də Azərbaycan azğınlığıyla 4 günlük müharibənin gözlənilməz olduğu idi.
“Erməni tərəfi sanki ön xətdə gərginliyə alışmışdı bununla belə onun lokal hərbi əməliyyata çevrilməsinə güman yox idi.
Artıq o mərhələni biz keçmişik. Gözlənilməzlik faktoru artıq yoxdur”-deyərək Harutyunov bəyan edib.
O,kiçik miqyaslı,yeni lokal müharibənin təkar olunmasını tam istisna etmir.
Ekspertin fikrincə, 2016-cı ilin bəzi amilləri bu gün də aktualdır, məsələn, Dağlıq Qarabağ problemi hələ nizamlanmayıb , Azərbaycanda daxili siyasi vəziyyət daha da kəskinləşib və İqtisadi problemləri, xüsusən də son zamanlarda neft qiymətlərinin azaldığını nəzərə almalı olsaq Əliyev Azərbaycan ictimaiyyətinin diqqətini sosial şəbəkələrdən yayındırmağa çalışacaqdır.
Ekspert, həmçinin ali hökmranların bölgəmizdə üstünlük əldə etməsi üçün geosiyasi rəqabətini də vurğulayır və bu da Azərbaycanın bu coxşar addımlar atmasına təkan verə bilməsi mümkündür.
Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan silahlı qüvvələri Artsax Respublikasının Artsax və Azərbaycan təmas xəttinin bütün uzunluğuyla genişmiqyaslı hərbi əməliyyatlara başladı. Şiddətli döyüşlər cənub (Hadrut) və Şimal-Şərq (Martakert) istiqamətlərində baş verdi, nəticədə erməni tərəfinin 100 nəfər itkisi oldu.







