ArtsaxBaşlıca

Taron Hovhannisyan: “Azərbaycan beynəlxalq çağırışlara hörmətlə yanaşmır”

“Orbeli” analitik mərkəzinin eksperti Taron Hovhannisyan Azərbaycan tərəfinin təxribatçı cəhdlərinə toxunub.

Taron Hovhannisyan bildirib ki, fevralın sonundan bəri Azərbaycan Ermənistanla sərhədində atəşkəs rejimini pozur. Onun sözlərinə görə, Artsax sərhədində vəziyyətin nisbətən sakit olmasına baxmayaraq, aprelin 5-də azərbaycanlılar bu istiqamətində də təxribata əl atıb.

“Ümumiyyətlə, Azərbaycan həm yazılı, həm də şifahi sazişlərə, o cümlədən beynəlxalq çağırışlara hörmətlə yanaşmır, buna görə də sərhəddə vəziyyəti gərginləşdirməyə cəhd edir”, – deyə ekspert qeyd edir.

Bu hərəkətlər də Azərbaycan tərəfinin strategiyasının məntiqi içərisindədir, bu vəziyyət bir daha sübut edir ki, çoxdan müzakirə olunan inisdentlərin araşdırılması mexanizlərin tətbiqi çox vacibdir.

“Son vaxtlar Azərbaycan Tavuş istiqamətinə iki texribata əl atıb, həmçinin bir çox dəfə dinc sakinləri atəşə tutub. Bakı isə saxta məlumatlar yayır guya ki, erməni tərəfi onların istiqamətləri, yolları, dinc sakinləri atəşə tutur, onlar da cavab atəşi açırlar. Deməli ki, neytral və obyektiv mexanizmlərin olmaması Azərbaycana bu məsələlərdə manevr etməyə imkan verir”,- deyə Taron Hovhannisyan bildirib.

Daha çox göstər
Back to top button