
ABŞ və Fransadakı bir sıra tibb klinikalarından olan erməni soylu həkimlər Zoom platforması vasitəsi ilə Artsax Respublikası Səhiyyə nazirliyinin Respublika Tibb Mərkəzinin tibb işçiləri üçün yeni koronavirus (COVİD-19) xəstələrinin müalicəsi ilə bağlı məsləhətləşmə keçirdilər.
Bu barədə Artsax Respublikasının Səhiyyə nazirliyi məlumatlandırıb.
Sahədəki səlahiyyətlilərin sözlərinə görə, yeni koronavirusun (COVID-19) qarşısının alınması və müalicəsi ilə bağlı məsələlər ətraflı müzakirə olunduğu üçün uzaq məsafədən məsləhətləşmə effektiv olmuşdur.







