
ER Müdafiə nazirliyinin “Bağramyan” hərbi poliqonunda taktiki genişmiyaslı hərbi təlimlər keçirilib.

”Müdafiə operasiyasında Silahlı qüvvələrin artilleriya briqadasının döyüş əməliyyatlarının hazırlanması və aparılması” mövzusunda genişmiqyaslı taktiki məşqlərə start verilib.

Hərbi təlimin məqsədi bölmənin yüksək döyüş hazırlığına gətirilərkən komandirlərin, qərargahın və ümumi heyətin imkanlarını yoxlamaq, hərbçilərin praktiki bacarıqlarını və sahə hazırlığını artırmaqdan ibarətdir. Məşqlərə mayın 19-da başlanılıb.

Birinci mərhələdə silah və hərbi texnika konsentrasiya düşərgələrinə aparıldı. Üç günlük məşqin son mərhələsi atəşlə müşayiət olunacaq.

Hərbi təlimlərdə operativ taktiki raket buraxma sistemləri və “Smerç” ümumzərbəli atəş raket sistemləri cəlb olunub.










