BaşlıcaSiyasət

Hərbi-Sənaye Komitəsində PUA-ları modernləşdirmə planları müzakirə edildi

ER Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi-Sənaye Komitəsinin sədri Artak Davtyan avqustun 3-də Ermənistanın PUA-larını isehsal edən şirkətlərin rəhbərləri ilə görüşüb. Bu barədə ER Yüksək Texnologiyalar Sənayesi Nazirliyindən məlumat verilir.

Görüşdə Hərbi-Sənayə Komitəsinin yeni sədri Artak Davtyan PUA-lar istehsal edən şirkətlərin rəshbərləri ilə tanışıb, onların təkliflərini dinləyib və sahənin inkişafı ilə bağlı öz fikirlərini söyləyib.

Şirkətərin rəhbərləri hazırda həyata keçirilən işləri təqdim etdilər və sahənin inkişaf imkanlarını müzakirə etdilər.

Görüşdə PUA-ları modernləşdirmə planları və prioritetləri barədə də fikir mübadiləsi aparıldı.

İyulda sərhəddə baş verən qarşıdurma zamanı Ermənistan istehsalı olan PUA-ların tətbiqi ilə bağlı da müzakirə aparıldı.

Daha çox göstər
Back to top button