BaşlıcaSiyasət

Biz millətçi deyilik, varlığımızı müdafiə edirik: Paşinyan

Biz həqiqi sülhü yalnız o halda əldə edəcəyik ki, Azərbaycan da addımlarımızla eyni istiqamətdə addımlar atsın. Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Britaniyanın BBC telekanalının “Hardtalk” proqramına verdiyi müsahibədə belə bir fikir bildirdi.

“ER Baş naziri vəzifəsinə gələndə yeni sülh formulası təklif etdim․ DQ münaqişəsinin istənilən həlli Ermənistan, DQ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Mən ilk ER rəhbəriyəm ki, münaqişənin həllinin erməni və Azərbaycan xalqı üçün məqbul olmalını səsləndirmişəm”- deyə Paşinyan qeyd edib.

Aparaıcının müşahidəsinə, odur ki, erməni qüvvələri təmas xəttini atəşə tutub, nəticədə 76 yaşlı azərbaycanlı şəxs ölüb və bu da Azərbaycanın cavab addımlarının səbəbi olub, Nikol Paşinyan cavab verib ki, Azərbaycan Ermənistana qarşı hücuma başlayıb.

“Uzun müddət Azərbaycan prezidenti hərbi ritorikadan istifadə edərək bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız hərbi yolla mümkündür. Bu ritorikanın nəticəsi olaraq, Azərbaycan rəhbərliyi elə vəziyyətdə qalıb ki, öz xalqına məsələni güc yolu ilə niyə həll edə bilmədiyini izah etməlidir”.

Jurnalistin Ermənistanın millətçi siyasət yürütdüyünə dair müşahidəsinə cavab olaraq Paşinyan bu fikirlə razılaşmadığını qeyd edib. Paşinyan vurğuladı ki, ermənilər 1990-cı illərdən bəri Dağlıq Qarabağda və Azərbaycanda hücumlar altında olub.

“Biz millətçi deyilik, varlığımızı müdafiə edirik. Qarabağ erməniləri varlıq uğrunda mübarizə aparır. Ermənistan sülhə hazırdır və əmindir ki, Qarabağ probleminin hərbi həlli yoxdur”- deyə o qeyd edib.

Daha çox göstər
Back to top button