BaşlıcaSiyasət

Serbiyada Azərbaycanın səfiri həbs edildi

O, büdcə vəsaitlərini israf etmək və rəsmi səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

“SputnikArmeniya”nın verdiyi məlumata görə,Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov həbs olunub. O, külli miqdarda pulu mənimsəməkdə və büdcə vəsaitlərini israf etməkdə şübhəli bilinir.

RİA Novosti-nin  verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik xidməti məlumatlandırıb.

Dövlət Təhlükəsizliyi xidməti bildirir ki, maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfirinin xeyli büdcə vəsaiti xərclədiyi və digər qanun pozuntularına yol verdiyi barədə əsaslı şübhələr mövcuddur.

Faktla bağlı cinayət işi başlanıb. Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Daha çox göstər
Back to top button