
ER Müdafiə naziri David Tonoyan Rusiya Federasiyasında işgüzar səfərdədir. Məlumatı Müdafiə Nazirliyinin sözçüsü Şushan Stepanyan verib.
“Müdafiə naziri bu gün Kapustin Yar (Volqoqrad) hərbi poliqonunda keçiriləcək Qafqaz 2020 strateji komanda-qərargah təliminin əsas mərhələsində iştirak edəcək”,- deyə Stepanyan Facebook səhifəsində yazıb.







