BaşlıcaSiyasət

Bakı konstruktiv müzakirələrdən imtina edir: Mnatsakanyan atəşkəs mexanizmləri barədə

Ermənistanın Xİ naziri Zohrab Mnatsakanyan RİA Novosti-yə verdiyi müsahibədə  söyləyib ki, Bakı Qarabağ münaqişəsi zonasında atəşkəs kriteriyaları üzərində konstruktiv iş aparmaqdan imtina edir və hərbi əməliyyatları davam edir.

Mnatsakanyan xatırladır ki, oktyabrın 10-da Rusiya, Ermənistan, Azərbaycan Xİ nazirləri Moskvada birgə bəyanat qəbul etdi və onun məqamlarıyla  öz “yol xəritəsi”ni təqdim etdilər.

Onun sözlərinə görə, atəşin dayandırılması, onun konkret kriteriyalarının razılaşdırılmasının zərurəti, həlak olanların və hərbi əsirlərin cəsədlərinin mübadiləsi barədə ilk üç məqamlar dərhal və qeyri-şərtsiz yerinə yetirilməlidir.

Ermənistan XİN rəhbərinin qeyd etdiyi kimi, Bakının sabit və nəzarət olunan danışıqlara hazır olmaması danışırların əsas manəsidir.

“Azərbaycan verifikasiya mexanizmlərini yaratmaqdan imtina edir və onun mövqeyi sabit atəşkəsə yol verməmək və qarşılıqlı ittihamlara yer verməkdir”- deyə Mnatsakanyan qeyd edib.

Nazir bildirib ki, indi Rusiya, Ermənistan, Azərbaycan Xİ nazirləri arasında verifikasiya mexanizmləri məsələləri üzrə müzakirələr aparılır.

“İndi Azərbaycan atəşin dayandırılması kriteriyalarının hazırlanmasında konsrtuktiv iştirak etməkdən imtina edir və geniş miqyaslı hərbi əməliyyatları davam edir”- deyə Ermənistan XİN naziri qeyd edir.

Daha çox göstər
Back to top button