BaşlıcaSiyasət

Rusiya Ermənistanla yaxşı münasibətlərin saxlanılmasını gözləyir

Ermənistan Rusiya ilə yaxşı münasibətlər saxlayacaq. TASS xəbər verir ki, belə fikri RF Federasiyalar Şurası Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov söyləyib.

“Rusiya Ermənistanın strateji tərəfdaşıdır. Erməni xalqı onun etibarlı və sadiq dost olduğunu, Ermənistana ən yaxın olduğunu bilir”- deyə o qeyd edib.

Vladimir Cabarov, Ermənistandakı vəziyyətin sabitləşməsini əsas şey hesab edir ki, siyasi əks tədbirlər küçələrə köçürülməsin. O, Ermənistanda hər şeyin demokratik prinsiplər şəraitində keçəcəyinə ümidvar olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya üçün vacibdir ki, Ermənistan sadiq KTMT tərəfdaşı, Aİİ üzvü dövlət olaraq qalsın. Vladimir Cabarov, keçən ilin noyabrından sonra ölkə iqtisadiyyatının bərpasını vacib hesab edib. Düşünürəm ki, bu kontekstdə Ermənistan hökumətinin istənilən dinc təşəbbüsünü alqışlayacağıq”- deyə o qeyd edib.

Daha çox göstər
Back to top button