Başlıcaİctimaiyyət
UNİCEF-in Ermənistanla bağlı sənədi qəbul olunub

Sentyabrın 8-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) İcraiyyə Şurasının iclasında UNICEF-in 2021-2025-ci illər üçün Ermənistan Proqramı sənədi qəbul olunub. Bununla nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi təxminən 15 mln. ABŞ dolları təşkil edir. Bunu Ermənistanın BMT-dəki Nümayəndəliyi bildirdi.
Ermənistanın BMT-dakı daimi nümayəndəsi Mher Margaryan Ermənistan və BMT Uşaq fondu arasında uzunmüddətli əməkdaşlığa toxundu.
Sənəddə Dağlıq Qarabağ münaqişə səbəbindən zərər çəkən, o cümlədən didərgin düşmüş uşaqların ehtiyacları da daxil olmaqla, onların sosial müdafiəsi, reabilitasiyası və humanitar ehtiyacları üçün tədbirləri qeyd olunur.







