
Sammitin sonunda qəbul edilən bəyannamənin mətninə görə, KTMT liderləri Düşənbədə keçirilən görüşdə Kollektiv Sürətli Reaksiya qüvvələrinin müasir silahlarla təchiz edilməsi planını təsdiqləyiblər.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, onlar eyni zamanda hərbi polis, hərbi kəşfiyyat, hərbi prokurorluq və məhkəmələrin yaradılması haqqında müqavilə imzalayıblar.
Təşkilat üzvləri, Əfqanıstanda hökm sürən vəziyyət fonunda vəziyyət nəzərə alınmaqla, Mərkəzi Asiyada qoşunların operativ yerləşdirilməsi planına aydınlıq gətiriblər. Cənub sərhədlərini qorumaq üçün onlar addımlar atacaqlarına söz verdilər.
KTMT özündə beş ölkəni əks edir: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan. Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası bu ilin sonunda Yerevanda keçiriləcəkdir.







