ArtsaxBaşlıcaSiyasət

Ermənistanı Artsaxsız təsəvvür etmək mümkün deyil – Karapetyan Artsaxa 50 milyon dollar yatıracaq

Ermənistanlı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan Artsaxa 50 milyon dollar investisiya yatıracaq.

Bu barədə Karapetyan Yerevanda keçirilən Rusiya-Ermənistan biznes-forumunda elan edib.

“Ermənistanı Artsaxsız təsəvvür etmək mümkün deyil. Artsax xalqına həmişə xüsusi diqqət göstərmişik və gələcəkdə də belə davam edəcəyik. Artsax xalqının rifahına yönəlmiş proqramların həyata keçirilməsi və Artsax Respublikası iqtisadiyyatının inkişafı üçün təxminən 50 milyon dollar ayıracağıq”,- Karapetyan qeyd etdi.

Erməni iş adamı ümid edir ki, yaxın gələcəkdə biznes üçün yeni proqramlar və təşəbbüslər olacaq.

Daha çox göstər
Back to top button