BaşlıcaSiyasət

AŞPA-da fransalı deputatı Dağlıq Qarabağ əhalisini qorumağa çağırıb

AŞPA-da fransalı deputatı Jak Mer Dağlıq Qarabağ əhalisini qorumağa çağırıb.

AŞPA sessiyasında çıxış edən deputat hərbi əsirlər məsələsinin vicdanla həll edilməli olduğunu vurğulayıb. “Bu məsələyə ciddi yanaşmaq lazımdır. Azərbaycanda onlarla erməni hərbçinin əsirlikdə qaldığını görürük. AİHM -də şikayətlər çoxalır”, – Mer qeyd edib.

O, Dağlıq Qarabağ xalqının müdafiəsinə və vəziyyətin deqradasiyasının qarşısını almağa çağırıb.

Deputat Bernard Furnie (Fransa) qeyd eidb ki, münaqişə öz izlərini buraxıb. “Biz münaqişə tərəflərinə dialoq aparmağa kömək etməliyik. Hərbi əsirlər məsələsi çox mürəkkəbdir, baxmayaraq ki, razılaşma onların mübadiləsini nəzərdə tutur. Ermənistan hesab edir ki, saxlanılanlardan hamısı azadlığa buraxılmayıb. Vəziyyət narahatedicidir. İstərdim ki, Azərbaycan bütün hərbi əsirləri azad etsin”, – deputat vurğulayıb.

Onun sözlərinə görə, partlamamış hərbi sursat və minalardan təmizləmə məsələsi də narahatlıq doğurur. Erməni qaçqınların bir hissəsinin vətənə qayıda bilməməsi və təhlükəsizlik təmin olunmayana qədər geri dönməməsi də problemlidir. O, ATƏT-in Minsk qrupunun rolunu da vurğulayıb.

Daha çox göstər
Back to top button