
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə Azərbaycan prezidenti İlham Əliyevin İranda hərbi təlimlərin keçirilməsi ilə bağlı bəyanatına reaksiya verib. “İrna” agentliyinə istinadən “Armenpress” xəbər verir ki, Xatibzadəyə görə, “Azərbaycan prezidnetinin bu rəyini bildirmə forması bizim üçün gözlənilməz idi, çünki ölkələr arasında qarşılıqlı ehtirama söykənən yaxşı qonşuluq münasibətləri mövcuddur və ən yüksək səviyyədə təmasların həyata keçirilməsi üçün normal kanallar da vardır”.
“Bu və digər əlaqəli məsələlərə dari Nyu-Yorkda BMT sessiyası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşü zamanı ciddi şəkildə müzakirələr aparılıb. Bu dialoqun daha uyğun bir platformada davam etdirilməsinə qərar verilib. İran hər zaman hər cür işğala qarşı çıxıb, ölkələrin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda, mehriban qonşuluq münasibətlərinin bütün qonşular tərəfindən nəzərə alınması ən önəmli məsələlərdən biridir.
Ölkəmizin şimal-qərb sərhədlərində hərbi təlimlərin keçirilməsi suverenlik məsələsidir, bütün bölgənin sabitliyi və sülhü üçün həyata keçirilir. İranın onun sərhədləri yaxınlığında Sionist rejiminin hətta mərasim xarakterli varlığına dözümlülük göstərməyəcəyi və bu kontekstdə milli təhlükəsizliyi üçün gərəkli bildiyi hər cür tədbirləri keçirəcəyi aşkardır”, – deyə Xatibzadə bildirib.







