BaşlıcaSiyasət

Tarasov DQ-a xüsusi status veriləcəyini və orada sülhməramlıların “əbədi” qalacağını proqnozlaşdırır

Azərbaycanın davranışı dəyişməsə, rus sülhməramlıları Qarabağda əbədi qalacaq. Rus politoloq, Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert Stanislav Tarasov bu barədə NEWS.am-a müsahibəsində bildirib.

“Bir tərəfdən, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Nyu-Yorkda görüşür. Əliyev Paşinyanla görüşə hazır olduğunu bildirir. Digər tərəfdən, Azərbaycan prezidenti qarşıdurma ritorikasından imtina edə bilmir və güc mövqeyindən çıxış edir. Sual yaranır ki, Azərbaycan bunu ümumiyyətlə edə biləcəkmi? Bundan başqa, ATƏT-in Minsk qrupunun aktivləşməsi nəzərə alınmaqla Qarabağın Bakının nəzarətinə keçməyən hissəsinə xüsusi status veriləcək. Hansı statusun veriləcəyini söyləmək hələ çətindir”, – deyə ekspert bildirib.

Daha çox göstər
Back to top button