
ER Baş naziri Nikol Paşinyan Kremldə RF Prezidenti Vladimir Putinlə görüşüb. Rusiya Prezidenti Paşinyanla daim telefon əlaqəsi saxladığını, lakin lazımi nəticəyə nail olmaq baxımından şəxsi görüşlərin hər zaman daha təsirli olduğunu qeyd etdi. Putin ümid edir ki, bu dəfə də belə olacaq.
“Biz həm rəsmi, həm də qeyri -rəsmi mühitdə danışacağıq, şam yeməyi yeyəcəyik, cari işləri müzakirə edəcəyik, perspektivlərdən danışacağıq.
Tezliklə bizim yanımızda MDB ölkələrinin sammiti olacaq, sizinlə ”saatları dəqiqləşdirmək” istərdik (rusca: Сверить чacы- məcazi mənada – mövqelər, addımlar, red.) o cümlədən bugünki vəziyyətdə və uzunmüddətli perspektivdə bölgədəki nizamlanma baxımından mövqelərimizi razılaşdıraq.
Sizi görməyimə olduqca şadam,xoş gəlmişsiniz” – deyəərk Putin qeyd edib.







