BaşlıcaBeynəlxalq

Avropa İnsan Hüquqları Məhkəməsi yenə Azərbaycanı cərimləyib

Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı 24 900 avro məbləğində cərimələyib. Bu qərar Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Əsabəli Mustafayev Azərbaycana qarşı işi ilə bağlıdır. Bu barədə Turan-a hüquqşünas Xalid Ağalıyev məlumat verib. 

Hüquqşünasın sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi hesab edib ki, ərizəçilərə münasibətdə mülkiyyət, səmərəli müdafiə vasitələrinə malik olmaq, hərəkət azadlığı hüquqları pozulub. Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin qərar verib ki, hərəkət azadlığı və mülkiyyət hüququ ilə birgə götürülməklə, ərizəçilərin Konvensiyanın 18-ci maddəsi (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) ilə təminat altına alınan hüquqları da pozulub.

Qərara görə, hökumət qərar qəti olduqdan sonra mənəvi zərərə görə birinci ərizəçiyə 8 min, ikinci ərizəçiyə 15 min avro təzminat ödəməlidir. Xərc və məsrəflərə görə 1900 avro təzminat ödənilməlidir.

Daha çox göstər
Back to top button