Başlıcaİctimaiyyət

Azərbaycanda həbs edilmiş şiə ilahiyyatçı dövlətə xəyanətdə ittiham olunub

Oktyabrın 19-da saxlanılmış şiə ilahiyyatçı, “Azərbaycan din xadimləri” Birliyinin üzvü Sərdar Babayevə qarşı Azərbaycan CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq orqanın təqdimatı əsasında Bakının Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. “Turan” agentliyinə əsasən, bu barədə onun vəkili Cavad Cavadov bildirib.

Oktyabrın 19-da Babayevlə birlikdə daha 4 şiə ilahiyyatçı saxlanılıb. Amma hələlik onların aqibəti məlum deyil.  

Saxlanılan şəxslərin hamısı İranda təhsil alıblar və İranpərəst din xadimləri hesab olunurlar.

Daha çox göstər
Back to top button