
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Kimo Killunen (Finlandiya) və Boriana Aberq (İsveç) noyabrın 3-5-də Ermənistanda səfərdə olacaqlar. Bu barədə AŞPA- dan məlumatlandırıb.
Ermənistanda müzakirələrin əsas mövzusu seçki islahatları, konstitusiya təsisatları arasında münasibətlər, məhkəmə sisteminin müstəqilliyi, mətbuatın vəziyyəti, həmçinin Dağlıq Qarabağ münaqişəsi və onun Ermənistanın demokratik təsisatlarının fəaliyyətinə təsirləri olacaq.
Həmməruzəçilər Yerevanda Ermənistan hakimiyyəti, parlament komitələrinin üzvləri, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və parlament fraksiyalarının rəhbərləri ilə görüşlər keçirəcəklər.
Onlar həmçinin ədliyyə, diplomatik ictimaiyyət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.







