BaşlıcaSiyasət

Alen Simonyan AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçilərini qəbul edib

Noyabrın 4-də Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində Ermənistanın öhdəlikləri üzrə həmməruzəçiləri, Finlandiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərini Kimo Killunen və İsveç nümayəndəliyinin rəhbəri Boriana Aberqi qəbul edib. 

Alen Simonyan qeyd edib ki, bu il Ermənistanın Avropa Şurasına üzv olmasının 20 ili tamam olur. O, Avropa Şurası ilə əməkdaşlığa, eləcə də təşkilatın ölkəmizdə aparılan demokratik islahatlar prosesinə dəstəyinə böyük önəm verib. Bu kontekstdə Monitorinq Komitəsinin həmməruzəçilərinin fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşdə Ermənistanda müharibədən sonrakı vəzityyət, demokratiya, insan haqları və qanunvericilik islahatları ilə bağlı məsələlər müzakirə olunub. Həmsöhbətlər ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində danışıqlar prosesinin bərpasının zəruriliyinə toxunublar.

Daha çox göstər
Back to top button