
Rusiya Xarici işlər nazirliyinin noyabrın 9-da olan bəyanatında qeyd edildiyi kimi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin formatı geniş beynəlxalq dəstəyə malikdir.
Bu haqda, Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə ATƏT-in Minsk qrupunun 2020-ci ildə noyabrın 9-da üçtərəfli saziş imzalandıqdan sonra hansı sahələrdə fəaliyyətinin tələb olunduğu sualına cavab verərkən deyib.
“Biz ATƏT-in Minsk Qrupu üçlüyünün səylərini, ilk növbədə, regionun üzləşdiyi sosial-iqtisadi və humanitar problemlərin həlli kontekstində davam etdirməyi vacib hesab edirik.
Onu da xatırladaq ki, sentyabrın 24-də BMT Baş assambleyasının 76-cı sessiyasında ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri ilə “3+2” görüşü keçiriblər.
“Üçlük hazırda bir sıra Avropa paytaxtlarında təmaslara hazırlaşır və biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu regiona genişmiqyaslı səfərləri praktikasını mümkün qədər tez bərpa etməyi vacib hesab edirik” – deyərək Zaxarova qeyd edib.







