Başlıcaİctimaiyyət
Moskva qəbiristanlığında Armen Cigarxanyanın abidəsi ucaldılacaq

SSRİ xalq artisti Armen Cigarxanyanın abidəsi aktyorun vəfatının ildönümündə Moskvadakı Vaqankov qəbiristanlığında ucaldılacaq. Məlumatı “İnterfaks” yayıb.
Abidənin müəllifi Mikael Soğoyanın sözlərinə görə, abidə üzərində işlər il boyu aparılıb. İşlərdə Cigarxanyanın dostları, ailə üzvləri, eləcə də teatr nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Armen Cigarxanyan 2020-ci il noyabrın 14-də 85 yaşında vəfat edib. Məşhur sənətçinin səhhəti 2017-ci ilin oktyabrında kəskin şəkildə pisləşmişdi.







