
Ermənistan Respublikası Prezidentinin sərəncamı ilə Arşak Karapetyan Ermənistan Respublikasının müdafiə naziri vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Suren Papikyan baş nazirin müavini vəzifəsindən azad edilərək müdafiə naziri vəzifəsinə təyin edilib.
Sərəncamlar ER prezidentinin rəsmi saytında dərc olunub.







