BaşlıcaSiyasət

Ararat Mirzoyan Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşüb

Noyabrın 17-də ER xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərini qəbul edib. 

Ararat Mirzoyan vurğulayıb ki, görüşün məqsədi Ermənistan və Azərbaycan sərhədində dünən Azərbaycan tərəfinin törətdiyi təcavüzkar hərəkətlərinin təfərrüatlarını təqdim etməkdir. 

Nazir dünən və noyabrın 14-də Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisinə soxulma cəhdinə toxunub.

Mirzoyanın vurğulayıb ki, Ermənistan tərəfi cavab tədbirləri görüb, çünki bu Ermənistan Respublikasına təcavüzdən başqa bir şey deyil. 

“Hazırda Ermənistan tərəfindən 1 itki, əsir götürülmüş 12 erməni hərbçi var, 24 erməni hərbçisinin taleyi hələ də məlum deyil. Rusiya tərəfinin iştirakı ilə axtarış tədbirləri davam etdirilir”,- deyə Mirzoyan əlavə edib ki, Azərbaycanın bu davranışı ötən il sentyabrın 27-də Dağlıq Qarabağa qarşı başlayan təcavüz zamanı Azərbaycanın güc tətbiq etməsinə beynəlxalq tərəfdaşlarımız – ümumilikdə beynəlxalq ictimaiyyət tərfindən lazımi reaksiyanın olmamasının nəticəsidir.

“Bir daha qeyd etmək istərdim ki, Ermənistan Respublikası həm öz ərazi bütövlüyünü, həm də Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququnu qoruyacaqdır”,- deyə Mirzoyan vurğulayıb.

Daha çox göstər
Back to top button