
Avropa Demokrat Partiyası son vaxtlar Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi əməliyyatlardan dərin narahat olduğunu qeyd edib.
Biz Ermənistan və Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədin pozulmasını qətiyyətlə pisləyirik.
“Biz regionda siyasi məqsədlərə çatmaq üçün bir vasitə kimi gücdən istifadəni və ya tətbiq etmək hədəsini birmənalı şəkildə rədd edirik.
Biz təcavüzkara qarşı müvafiq sanksiyaların tətbiqi yolu ilə hərbi münaqişənin qarşısının alınması və təhqiqat üçün beynəlxalq mexanizmlərin yaradılmasının həyati vacibliyini vurğulayırıq.
Regionda uzunmüddətli sülh Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təklif olunan baza prinsipləri əsasında yalnız hərtərəfli, danışıqlar yolu ilə həlli yolu ilə mümkündür” – deyərək bəyanatda bildirilir.







