
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan sərhədində demarkasiya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
Onun sözlərinə görə, sözügedən təkliflər Ermənistan üçün qəbulediləndir. Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu məsələnin təfərrüatlarını dəqiqləşdirməyi tapşırıb.
Dünən Parlamentdə Nikol Paşinyan, həmçinin bəyan edib ki, Rusiya Federasiyası tərəfindən 2021-ci ilin may ayından bəri Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı üç təklif edilib. ER Baş nazirinin sözlərincə, üç təklif də erməni tərəfi üçün qəbuledilən olub və olmaqdadır.







