Başlıcaİctimaiyyət

Azərbaycanda polis Saleh Rüstəmlini müdafiə aksiyasının qarşısını sərt şəkildə alıb

Dekabrın 1-də Azərbaycanda Polis Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş rəhbəri, 27 sutkadır  aclıq edən Saleh Rüstəmlinin azad edilməsi tələbilə Bakının mərkəzində, Fəvvarələr Meydanında keçirilən dinc aksiyanın qarşısını sərt şəkildə alıb.

Təxminən 20-25 nəfər saxlanılıb. Saxlanılanlar arasında Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu, onun qızı Nigar Həzi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Dilarə Miriyeva və başqaları var.

Dekbarın 1-də Bakıda “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun döyülməsi ictimai siyasi fəallar, hüquq müdafiəçiləri, partiya rəhbərləri, jurnalistlər, siyasətçilər tərəfindən tənqidlə qarşılanıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun döyülməsinin sifarişinin  birbaşa ölkə başçısı olduğunu deyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu döyənlərin dərhal araşdırılmasını tələb edib. 

Milli Şuranın sədri Cəmil Həsənli qeyd edib ki, “Tofiq Yaqublunun fotosu 18 il ərzində İlham Əliyevin Azərbaycanda qurduğu “hüquq sistemi” və “hüquqi dövlətin” gerçək sifətidir!”.

Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi (BİHK) də siyasi fəal Tofiq Yaqubluya fiziki zor tətbiq etməsi və digər fəalların saxlanması zamanı hədsiz güc tətbiq etməsi ilə bağlı öz narahatlığını ifadə edir.

Klubun bəyanatında deyilir ki, insanların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırmaq və polisin əassız güc tətbiq etməsi ciddi qanun pozuntusudur və bu məsələ aidiyyatı dövlət strukturları tərəfindən ədalətli araşdırılmalı və təqsirkar şəxslər cəzalandırılmalı, ölkədə qanunun aliliyi təmin edilməlidir.

Daha çox göstər
Back to top button